Ərdoğanın başçılığı ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısı

Türkiyə Milli Təhlükəsizlik Şurası 30 iyulda ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə paytaxt Ankarada Beştəpədə toplanacaq.

1244255

  Gündəmdə

·        Fəratın şərqinə qarşı mümkün əməliyyat üçün davam edən hazırlıqlar,

·        Amerika Birləşmiş Ştatlarının Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin keçən həftə Ankarada keçirdiyi görüşlərin müzakirəsi,

·        Türkiyə və ABŞ hərbi nümayəndə heyətləri arasında “Təhlükəsiz bölgə” üçün yaradılan işçi qrupunun fəaliyyəti,

·        Türkiyənin Rusiyadan aldığı S-400-lərin təhvil prosesi mövzuları olacaq.

  İclasda S-400-lərin yerləri, ABŞ-ın mümkün sanksiyalarına qarşı atılacaq addımlar da müzakirə olunacaq, Türkiyə F-35 döyüş təyyarəsi proqramından çıxarılarsa, izləniləcək yol xəritəsi müəyyən edləcək.

  Türkiyə gəmiləri tərəfindən Şərqi Aralıq dənizində həyata keçirilən qazma və kəşfiyyat işlərində gəlinən mərhələ da yığıncaqda qiymətləndiriləcək.

Әlaqәli Xәbәrlәr