Türkiyә Nigeriyada törәdilәn terror aktını qınadı
Boko Haram qruplaşmasının Çad gölü hövzәsindә törәtdiyi hücumlar nәticәsindә iki min nәfәr hәlak olub.
Türkiyә Nigeriyanın şimal-şәrqindә törәdilәn terror aktını qınayıb.
Türkiyә xarici işlәr Nazirliyindәn verilәn açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘Maidiquri әyalәtindәki bir cәnazә mәrasimi zamanı törәdilәn terror aktı nәticәsindә çox sayda adamın hәlak olması vә yaralanması ilә bağlı xәbәr bizi kәdәrlәndirib. Bu xain hücumu qınayır, hücum nәticәsindә hәlak olanlara Allahdan rәhmәt, xәsarәt alanlara şәfa dilәyirik. Nigeriya xalqına vә hökumәtinә dәrin hüznlә başsağlığı veririk’’.
Qeyd edәk ki, Qәrbi Afrika ölkәsi Nigeriyanın şimal-şәrqindә terror tәşkilatı Boko Haram tәrәfindәn hәyata keçirilәn terror aktı nәticәsindә hәlak olanların sayı 65 nәfәrә çatıb.
Boko Haram qruplaşması 2000-ci ilin әvvәlindәn etibarәn Nigeriyadakı mövcudluğunu cavam etdirir. Terror qruplaşmasının 2009-cu ildәn etibarәn hәyata keçirdiyi hücumlar nәticәsindә 20 mindәn çox adam hәlak olub. Terror tәşkilatı 2015-ci ildәn etibarәn Kamerun, Çad vә Nigerdә dә hücumlar törәdir.
Boko Haram qruplaşmasının Çad gölü hövzәsindә törәtdiyi hücumlar nәticәsindә iki min nәfәr hәlak olub.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq