İsveçdə türk restoranına qumbara atdılar, partlayış törətdilər

Restoranın sahibi İsmayıl Ucal maskalı iki adamın gecə saat 02.00-də restorana qumbara atdığını deyib...

1243467
İsveçdə türk restoranına qumbara atdılar, partlayış törətdilər

  İsveçin Göteborq şəhərində türk restoranına qumbara ilə hücum olub.

  Restoranın sahibi İsmayıl Ucal maskalı iki adamın gecə saat 02.00-də restorana qumbara atdığını deyib:

  “Bölgəyə yaxın oturan bir restoran işçisi partlayış səsini eşitdikdən sonra mənə zəng etdi. Mən restorana çatanda artıq polis hər tərəfi sarmış, araşdırma aparırdı. Polisin bildirdiyinə görə, şübhəlilər internetdən öyrəndikləri əsasında evdə əl qumbarası düzəldiblər.

  Maska taxmış və qara geyinmiş 2 nəfər əvvəlcə yanımızdakı teatrın pəncərə şüşələrini sındırıb. Sonra bizim şüşəni sındıraraq içəri qumbara atıblar. Restoran qapalı olduğu üçün can itkisi olmayıb. Partlayışın təsirindən bütün pəncərələrin şüşələri qırılıb, maddi ziyan meydana gəlib”.



Әlaqәli Xәbәrlәr