Xarici işlər naziri Mövlud Çavuşoğlu Tailandda səfərdədir

Çavuşoğlu şəxsi “Twitter” səhifəsində “Təbii gözəllik və mədəniyyət zənginliyinə sahib Chiang Maidə vali Sukprachai İamsuvanla turizm sahəsində əməkdaşlıq imkanlarını qiymətləndirdik” ifadələrini işlədib.

1243185
Xarici işlər naziri Mövlud Çavuşoğlu Tailandda səfərdədir

Xarici işlər naziri Mövlud Çavuşoğlu Cənubi-şərqi Asiya ölkələri Birliyi ASEAN-ın (Filippin, Malayziya, Tailand, İndoneziya, Sinqapur) yığıncağına qatılmaq məqsədilə səfərdə olduğu Tailandda Chiang Mai valisi Sukprachai İamsuvan və Ticarət Palatasının sədri Varodom Pitakanonda ilə görüşüb.

Çavuşoğlu şəxsi “Twitter” səhifəsində “Təbii gözəllik və mədəniyyət zənginliyinə sahib Chiang Maidə vali Sukprachai İamsuvanla turizm sahəsində əməkdaşlıq imkanlarını qiymətləndirdik” ifadələrini işlədib.

Pitakanonda ilə keçirdiyi görüşə dair isə Çavuşoğlu bildirib ki, Qaziantep və Bursa ilə qardaş şəhər olan Chiang Mainin Ticarət Palatasının sədri ilə ticarət əlaqələrini inkişaf etdirmə imkanları müzakirə edildi.  

Nazir Çavuşoğlunun iştirak edəcəyi 52-ci Asiya ölkələri Birliyi ASEAN Xarici İşlər nazirləri toplantısı 27 iyul-3 avqust tarixində Tailandın paytaxtı Banqkokda təşkil ediləcək.



Әlaqәli Xәbәrlәr