"Bizə tərəf bir addım gələnə biz on addım gedərik", R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada Fərat çayının şərqindəki terror dəhlizini parça-parça etməkdə qərarlı olduqlarını dedi.

1243050
"Bizə tərəf bir addım gələnə biz on addım gedərik", R.T.Ərdoğan

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada Fərat çayının şərqindəki terror dəhlizini parça-parça etməkdə qərarlı olduqlarını dedi.

  Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) paytaxt Ankarada Rayon Başçıları Genişləndirilmiş Toplantısında çıxışı zamanı 27 maydan İraqın şimalındakı separatçı terror təşkilatı PKK-ya qarşı başlanılan “Pəncə” hərəkatı və digər məsələlərlə bağlı deyib:  

  “İraqın Ərbil şəhərindəki konsulluğa hücum hərəkatımızın nə qədər uyğun olduğunun təsdiqidir. Məqsədimiz terrorçuları sərhəd xəttindəki sıldırım dağlarda deyil, sərhədimizin elə hamar düzənliyində qarşılayıb mane olacaq bir təhlükəsizlik kəməri yaratmaqdır. Buna nail olanda, inşallah, terror təşkilatının yuva qurduğu Qəndil deyə bir məsələmiz də qalmayacaq.

  Amerika Birləşmiş Ştatları ilə Suriyada təhlükəsiz zona görüşlərimiz davam edir. Necə nəticələnərsə nəticələnsin, biz Fəratın şərqindəki terror dəhlizini parça-parça etməkdə qərarlıyıq.

  Rusiyadan alınan S-400 hava müdafiə sistemlərinin montaj və təlim mərhələlərindən sonra 2020-ci ilin aprelindən aktiv şəkildə istifadə edilməyə başlanacaq.

  ABŞ bizə F-35 döyüş təyyarələrini verməzsə, yenə tədbirlərimizi görəcəyik, başqa yerlərə müraciət edəcəyik.

  Suriya məsələsində bu gün bölgədəki xarici qüvvələrə güvənərək qoçaqlıq edənlər sabah ya torpağın altına girəcək və ya zillətə düşməklə barışacaqlar.  

  Qərb bilməlidir ki, Türkiyə hələ də Avropanın ən yaxın, ən güclü, ən karlı və hər baxımdan potensialı ən yüksək dost namizədidir. Belə də qalmaq istəyirik. Kifayətdir ki, avropalılar da eyni niyyətdə olsun. Bizə bir addım gələnə doğru biz on addım gedərik".



Әlaqәli Xәbәrlәr