Türkiyә ordusu iki şәhid verdi

Milli Müdafiә Nazirliyindәn verilәn mәlumata әsasәn,  İraqın şimalında ‘‘Pәncә’’ әmәliyyatı çәrçivәsindә separatçı terror tәşkilatı PKK-lı terrorçularla әsgәrlәr arasında baş verәn qarşıdurma nәticәsindә  bir әsgәr şәhid olub.

1239096
Türkiyә ordusu iki şәhid verdi

 

İraqın şimalında  vә Bitlisdә iki әsgәr şәhid olub.

Milli Müdafiә Nazirliyindәn verilәn mәlumata әsasәn,  İraqın şimalında ‘‘Pәncә’’ әmәliyyatı çәrçivәsindә separatçı terror tәşkilatı PKK-lı terrorçularla әsgәrlәr arasında baş verәn qarşıdurma nәticәsindә  bir әsgәr şәhid olub.

Qarşıdurma nәticәsindә 6 әsgәrin dә xәsarәt aldığı bildirilib. Bölgәdә әmәliyyatların davam etdirildiyi qeyd olunub.

Bitlisdә isә mayor  Zәfәr Akkuşun olduğu avtomobilә PKK terrorçuları tәrәfindәn hücum tәşkil edilib.

Hücum zamanı xәsarәt alan Akkuş müalicә olunduğu xәstәxanada şәhid olub.

Hücumdan sonra bölgәdә әmәliyyatların keçirildiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr