Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

Türkiyә Milli Müdafiә Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindәn verilәn mәlumatda  Vanın Çaldıran qәsәbәsindә antiterror әmәliyyatının keçirildiyi vurğulanıb.

1235616
Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

 

Türkiyәnin Van şәhәrinin Çaldıran qәsәbәsindә davam etdirilәn әmәliyyatlar nәticәsindә üç PKK terrorçusu da zәrәrsizlәşdirilib.

Türkiyә Milli Müdafiә Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindәn verilәn mәlumatda  Vanın Çaldıran qәsәbәsindә antiterror әmәliyyatının keçirildiyi vurğulanıb.

Әmәliyyat nәticәsindә üç terrorçunun zәrәrsizlәşdirildiyi bildirilib.

Türkiyәnin Hakkari şәhәrindә keçirilәn әmәliyyatlarda da  3 terrorçunun  zәrәrsizlәşdirildiyi qeyd olunub.

Bölgәdә antiterror әmәliyyatların davam etdirildiyi bildirilir.

Digәr tәrәfdәn İraqın şimalındakı Hakurk bölgәsindә mayın 27-dә başlanılan ‘‘Pәncә’’ әmәliyyatı müvәffәqiyyәtlә davam etdirilir.

‘‘Pәncә’’ әmәliyyatının davam etdirildiyi bölgәdәki mağarada üç terrorçunun cәsәdi tapılıb.

İyulun 2-dәn etibarәn hәyata keçirilәn ‘‘Pәncә-2’’ әmәliyyatı  çәrçivәsindә isә daha dörd terrorçu zәrәrsizlәşdirilib. Belәliklә  әmәliyyat çәrçivәsindә zәrәrsizlәşdirilәn terrorçu sayı 68-ә yüksәlib. Tәhlükәsizlik qüvvәlәri әmәliyyat çәrçivәsindә hәmçinin terrorçular tәrәfindәn istifadә edilәn mağara vә sığınacaqları da mәhv edib. Әmәliyyat nәticәsindә terror tәşkilatı PKK tәrәfindәn hazırlanan partlayıcı maddәlәr dә zәrәrsizlәşdirilib.



Әlaqәli Xәbәrlәr