R.T.Ərdoğan 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə xalqa müraciət edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fətullahçı Terror Təşkilatının həyata keçirdiyi çevriliş cəhdinin 3-cü ildönümü ilə əlaqədaq İstanbul Atatürk Hava Limanında keçirilən tədbirdə xalqa müraciət edib.

1236110

Rəcəb Tayyib Ərdoğan bildirib ki, heç bir terror təşkilatı və ya xain qruplaşma birliyimizi poza bilməyəcək
 
2016-cı ilin 15 iyul tarixində çevrilişə cəhd göstərənlərin buna nail ola bilmədiklərini deyən Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, o zülmət gecəyə təslim olmadıqları üçün xalqımıza minnətdaram.
 
''Biz tariximizə, imanımıza və mədəniyyətimizə sahib çıxdıqca bu ölkəni heç kim işğal edə bilməz'',-deyə Türkiyə prezidenti vurğulayıb.

Әlaqәli Xәbәrlәr