THY 10 ildir Torontoya uçuşlar hәyata keçirir
Bu sәsәblә ‘‘Mississauga Convention Center’’ də tәdbir tәşkil olunub.
![THY 10 ildir Torontoya uçuşlar hәyata keçirir](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/e865/5311/d43b/5d2825820920b.jpg?time=1718955521)
Türk Hava Yolları artıq 10 ildir ki, Kanadanın Toronto şәhәrinә uçuşlar hәyata keçirir.
Bu münasibәtlә ‘‘Mississauga Convention Center’’ də tәdbir tәşkil olunub.
Tədbirdə THY-nın Amerika qitәsi üzrә sədr müavini Mustafa Doğan, Torontodakı biznesmenlәr vә diplomatik korpusun nümayəndələri iştirak ediblәr.
Tәdbirdә açılış nitqi ilә çıxış edәn Mustafa Doğan Türk Hava Yollarının 10 il bundan әvvәl Kanadanın Toronto şәhәrinә reyslərin açıldığını bildirib.
Türkiyәnin Torontodakı baş konsulu Әrdәniz Şәn dә Türk Hava Yollarının milli hava yolu şirkәti olduğunu vurğulayıb.
‘‘Türk Hava Yolları Torontonu dünyaya bağlayır. THY Torontodan vә Monrealdan hәyata keçirdiyi uçuşlarla sәrnişinlәrini әzizlәri ilә qovuşdurur. Arzu edirik ki, Toronto vә Montrealdan hәyata keçirilәn uçuşların sayı iki dәfә artsın. Vankuver-İstanbul sәfәrinin dә әn qısa zamanda hәyata keçirilәcәyinә ümidvaram. Bunu burada yaşayan 100 mindәn çox soydaşımız da arzulayır’’,-deyә Әrdәniz Şәn bildirib.
Tәdbirdә 10 nәfәrә Türkiyә sәfәr etmә imkanı verәn biletlәr dә hәdiyyә olunub. Tәdbir çәrçivәsindә hәmçinin THY adından fotoşәkil çәkәn mәşhur fotoqrafların fotoşәkillәri dә nümayiş olunub.
Әlaqәli Xәbәrlәr
![Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/17dc/85c7/62ef/667274aa8f555.jpg?time=1718955521)
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...