Bosniya vә Herseqovinada sәfәrdә olan Rәcәb Tayyib Әrdoğan Bakir İzetbeqoviçi qәbul edib
Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Bosniya vә Herseqovina Xalqlar Mәclisinin sәdri Bakir İzetbeqoviçi qәbul edib.
Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Bosniya vә Herseqovina Xalqlar Mәclisinin sәdri Bakir İzetbeqoviçi qәbul edib.
Cәnub-şәrqi Avropa ölkәlәrinin әmәkdaşlıq prosesi ilә bağlı zirvә toplantısına qatılmaq üçün Saraybosnaya sәfәr edәn Әrdoğan ilk olaraq İzetbeqoviçlә görüşüb.
Mәlumata görә, 40 dәqiqә davam edәn görüş mәtbuata qapalı keçirilib.
Türkiyә prezidenti sәfәr çәrçivәsindә Sloveniya prezidenti Borut Pahor vә Bolqarıstan baş naziri Boyko Borisovla da görüşüb.
Rәcәb Tayyib Әrdoğan hәmçinin Bosniya vә Herseqovina Dövlәt Şurasının sәdri Milorad Dodik, Şura üzvlәri Şefik Caferoviç vә Zeljko Komşiçlә dә görüşüb.
Qeyd edәk ki, görüş tәxminәn bir saat davam edib.
Prezident Ərdoğan danışıqları çərçivəsində Srebrenitsa soyqırımı qurbanlarının xatirəsinə hәsr edilәn parada da qatılıb.
Srebrenitsada soyqırımının 24-cü ildönümündә torpağa tapşırılan 33 qurbanın meyitlәrini daşıyan konvoy paytaxt Saraybosnadan ‘‘Potoçari’’ memorial mәzarlığına aparılıb.
Soyqırım qurbanlarını daşıyan konvoy Dövlәt Şurası binasının qarşısına gedib.
Prezident Әrdoğan vә paradda iştirak edәnlәr soyqırım qurbanları üçün dua ediblәr.
Mәlumata görә, soyqırım qurbanları iyulun 11-dә keçirilәcәk dәfn mәrasimindәn sonra torpağa tapşırılacaq.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq