Suriya mövzusu ilə əlaqəli üçtərəfli yığıncaq keçiriləcək

Türkiyə, İran və Rusiya arasında növbəti dəfə üçtərəfli zirvə yığıncağı təşkil ediləcək. Bunu prezident Rəcəb Tayyıb Ərdoğan deyib.

1230985
Suriya mövzusu ilə əlaqəli üçtərəfli yığıncaq keçiriləcək

Prezident Ərdoğan dünən İstanbulda jurnalistlərə verdiyi açıqlamada Suriyada cərəyan edən proseslərə toxunub, Avqustun sonunda və ya sentyabrın ilk həftəsində keçiriləcik üçtərəfli zirvə toplantısında başda İdlib olmaqla Suriyada cərəyan edən son proseslər və bu sahədə atılası addımların təhlil ediləcəyini ifadə edən Ərdoğan, Rusiya və Türkiyənin hazırda İdlib ilə əlaqəli lazımlı səyi etdiklərini vurğulayıb.

Qeyd edək ki, Prezident sözçüsü İbrahim Kalın, 4 İyulda keçirilən kabinet toplantısından sonra verdiyi açıqlamada Avqust ayında Türkiyə, İran və Rusiyanın iştirakı ilə üçtərəfli yığıncaq keçirəcəyini bildirmişdi.

 



Әlaqәli Xәbәrlәr