"Terror təşkilatları eyni bataqlıqdan qidalanan parazitlərdir":Rəcəb Tayyib Ərdoğan

Ərdoğan, Xaricdə yaşayan Türklər və əqraba Topluluqları Başqanlığı tərəfindən Ankarada təşkil edilən "8-ci Beynəlxalq Tələbələrin Məzuniyyət mərasiminə" qatıldı.

1230022
"Terror təşkilatları eyni bataqlıqdan qidalanan parazitlərdir":Rəcəb Tayyib Ərdoğan

Mərasimdə beynəlxalq məzunlara müraciət edən prezident Ərdoğan: "Bizə görə sizlər ölkənizə Türkiyənin könüllü elçiləri və missiya rəhbərləri olaraq qayıdırsınız. Hədəfimiz 2023-ci ildə beynəlxalq tələbə sayını 200 minə yüksəltməkdir”.

Çıxışında terror məsələsinə də toxunan prezident Ərdoğan: "DEAŞ, PKK, FETO vəya xalqına güllə atan, silah çəkən hansı terror təşkilatı olarsa olsun, xain və əlləri qanlı quldurların bizi və İslam aləmini cəlb etmək istədikləri tələyə düşməyəcəyik. Bunların hamısı eyni bataqlıqdan qidalanan parazitlərdir”-deyə vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr