Türkiyə Nigerdə törədilən terror aktını qınadı

Türkiyə Nigerin Mali sərhədində yerləşən İnatəs şəhərində hərbi birliyə ədilən terror hücumunu qınadı.

1229068
Türkiyə Nigerdə törədilən terror aktını qınadı

Türkiyə Nigerin Mali ilə olan sərhədində yerləşən İnatəs şəhərində hərbi birliyə edilən terror hücumunu qınadı.

Xarici İşlər Nazirliyinin açıqlamasında Nigerin qərbindəki Tillaberi bölgəsində yerləşən İnates şəhərindəki hərbi birliyə edilən intihar hücumunda xeyli sayda adamın həyatını itirməsindən dərin kədər duyulduğu bildirildi.

Açıqlamada “Terror aktını sərt şəkildə qınayır, qardaş Niger xalqına və hökumətinə başsağlığı verərək, həyatını itirənlərə Allahdan rəhmət diləyirik” ifadəsi işlədilib.

Qeyd edək ki, Nigerin Mali ilə sərhədində orduya məxsus qərargahlardan birinin yaxınlığında bomba yerləşdirən terrorçular 2 maşını məhv edərək, əsgərlərə atəş açmışdı.

Hadisə nəticəsində 18 əsgər həlak olmuş, 4 əsgərdən isə xəbər alına bilmədiyi bildirilmişdi.

Niger ordusu ölkənin qərbində DEAŞ və Əl-Qaidə ilə əlaqədə olan terror təşkilatları ilə mübarizə aparır.

Digər tərəfdən bölgədə terrorla mübarizə çərçivəsində Fransanın 4 mindən artıq əsgəri var.


Etiketlәr: #DEAŞ , #Niger , #terror hücumu

Әlaqәli Xәbәrlәr