Türkiyə Liviyadakı qaçqın mərkəzinə hücumu qınadı

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Liviyanın paytaxtı Tripoliyə yaxın Tacura bölgəsində yerləşən nizamsız miqrantların yaşadığı mərkəzi general Xəlifə Hafterə bağlı qüvvələrin hücumları ilə əlaqədar açıqlama verdi.

1229636
Türkiyə Liviyadakı qaçqın mərkəzinə hücumu qınadı

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Liviyanın paytaxtı Tripoliyə yaxın Tacura bölgəsində yerləşən nizamsız miqrantların yaşadığı mərkəzi general Xəlifə Hafterə bağlı qüvvələrin hücumları ilə əlaqədar “Onlarla məsum insanın həyatını itirməsinə səbəb olan hücum insanlıq cinayətidir” dedi.

Sözçü Aksoy verdiyi açıqlamada “Tripoliyə yaxın Tacura bölgəsində yerləşən nizamsız miqrantların yaşadığı mərkəzə edilən və onlarla günahsız insanın həyatını itirməsinə səbəb olan hücum bir insanlıq cinayətidir. Məsuliyyət daşıyanların ortaya çıxarılması üçün dərhal beynəlxalq istintaqa başlanmalıdır. Beynəlxalq ictimaiyyətin bu mövzuda təcili addım atmasını gözləyirik” ifadələrini işlətdi.

Qeyd edək ki, Liviyada general Xəlifə Hafterə məxsus təyyarələrin paytaxt Tripolinin şərqində nimazsız miqrantların olduğu mərkəzlərdən birinə istiqamətli hücumda ilkin məlumatlara görə 30-dan artıq insanın həyatını itirdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr