6 ayda 649 PKK terrorçusu zərərsizləşdirildi

Türkiyə Daxili İşlər Nazirliyinin sözçüsü İsmayıl Çataklı aylıq məlumatlandırma toplantısında bu ilin ilk altı ayındakı əməliyyatlarda 649 terrorçunun zərərsizləşdirildiyini açıqladı.

1228873
6 ayda 649 PKK terrorçusu zərərsizləşdirildi
ismail catakli.jpg

İyun ayında həyata keçirilən daxili təhlükəsizlik əməliyyatlarında separatçı terror təşkilatı PKK-nın 166 terrorçusu zərərsizləşdirildi.
 
 Türkiyə Daxili İşlər Nazirliyinin sözçüsü İsmayıl Çataklı aylıq məlumatlandırma toplantısında bu ilin ilk altı ayındakı əməliyyatlarda 649 terrorçunun zərərsizləşdirildiyini açıqladı.
 
 İsmayıl Çataklı  iyun ayında şəhər kənarlarında 3-ü geniş, 61-i orta miqyaslı olmaqla, 12 min70 əməliyyatın, şəhərlərdə də 1212 əməliyyatın keçirildiyini söylədi.
 
 Bu əməliyyatlarda aralarında Daxili İşlər Nazirliyinin "Terrora görə axtarış siyahısı"nda olan qırmızı kateqoriyada bir, narıncı kateqoriyada iki, boz kateqoriyada 9-nun  olduğu 166 terrorçunun zərərsizləşdirildiyini bildirən Çataklı:"Bunlardan 94-ü PKK/KCK, 67-si DEAŞ, 5-i isə ultra sol terror təşkilatının üzvüdür" deyə qeyd etdi.
 
 İsmayıl Çataklı iyun ayında aparılan əməliyyatlar nəticəsində, 38 sığınacaq/mağaranın istifadəyə yararsız hala gətirildiyini, 70-i ağır və uzun lüləli olmaqla, 115 silahın və müxtəlif miqdarda sursatın ələ keçirildiyini ifadə etdi.
 
 Sözçü 6 ayda 773 sığınacağın istifadəyə yararsız hala gətirildiyini, 711 silah və çox miqdarda sursat ələ keçirildiyini bildirdi.



Әlaqәli Xәbәrlәr