"Toplantıların yaxşı qonşuluq əlaqələri çərçivəsində davam etdirilməsi əhəmiyyət daşıyır", H.Akar

Milli müdafiə naziri Hulusi Akar Yunanıstanın müdafiə naziri Evangelos Apostolakis ilə görüş keçirdi.

1225785
"Toplantıların yaxşı qonşuluq əlaqələri çərçivəsində davam etdirilməsi əhəmiyyət daşıyır", H.Akar

Milli müdafiə naziri Hulusi Akar Yunanıstanın müdafiə naziri Evangelos Apostolakis ilə görüş keçirdi.

Milli Müdafiə Nazirliyinin açıqlamasına görə, Akar Belçikanın paytaxtı Brüsseldə keçirdiyi görüşləri çərçivəsində  Apostolakis ilə NATO-nun mənzil qərargahında bir araya gəldi.

Görüşdə iki ölkənin müdafiə nazirlikləri arasında Afina və Ankarada keçirilən etimadı artıracaq tədbirlər başda olmaqla Egey dənizində əməkdaşlığı gücləndirmək məqsədilə təşkil edilən həyətlər arasındakı yığıncaqlardan duyulan məmnunluq dilə gətirildi, həmin toplantıların yaxşı qonşuluq əlaqələri çərçivəsində davam etdirilməsinin daşıdığı əhəmiyyət vurğulandı.

Nazir Akar tərəfindən problemlərin yaxşı qonşuluq əlaqələri içində, sülh və dostuluq çərçivəsində, beynəlxalq hüquqa uyğun şəkildə həlli, Egey və Aralıq dənizində milli haqq və maraqlardan güzəştə gedilməyəcəyi, ziddiyət doğuran rəftar və bəyanatlardan imtina edilməsinin əhəmiyyəti vurğulandı.

Digər tərəfdən milli müdafiə naziri Hulusi Akar NATO Müdafiə Nazirləri yığıncağı çərçivəsində NATO-nun Hərbi Komitə sədri ordu generalı Stuart Peach və Alyansın baş katibi Yens Stoltenberg ilə də ayrı-ayrılıqda görüşlər keçirdi.



Әlaqәli Xәbәrlәr