Ərdoğana Mukoqava Qadın Universitetinin fəxri doktor adı verildi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlər sammitində iştirak etmək üçün Yaponiyanın Osaka şəhərinə getdi.

1226157
Ərdoğana Mukoqava Qadın Universitetinin fəxri doktor adı verildi
erdogan osaka fahri doktora.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlər sammitində iştirak etmək üçün Yaponiyanın Osaka şəhərinə getdi.
 
Burada görüşlərə başlayan Ərdoğana Mukoqava Qadın Universitetinin fəxri doktor adı verildi.
 
 Ərdoğan mərasimdə çıxış edərək qaçqın məsələsinə toxundu, bununla bağlı Avropa ölkələrini tənqid etdi.
 
 Türkiyə sərhədlərinə  3,6 milyondan çox suriyalının toplaşdığını, iraqlı və əfqanların da olduğu 4 milyona yaxın qaçqına heç bir ayrı-seçkilik etmədən qapılarını və könüllərini açdıqlarını bildirən Ərdoğan bunları söylədi: "Bəzilərinə rəğmən bunu etdik. Bir sıra Qərb qonşumuz hündür divarlar arxasında gizlənməyə, tikanlı məftillər  arxasında əmin-amanlıq axtarmağa üstünlük verdilər. Nə övladlarının kiçik cansız bədənlərinə sarılan anaların, ataların nalələri, nə həbsxanalardan əks olunan işgəncə görüntüləri, nə də məsum uşaqların göz yaşları təəssüf ki, bəzilərinin hərəkətə keçməsi üçün kifayət etmədi. Hansı şərtlər altında olursa-olsun, Türkiyə etnik mənsubiyyətinə, inancına, dərisinin rənginə baxmadan məzlumlara sahib çıxmağa davam edəcək". 
 
 Prezident Ərdoğan Yaponiyadakı 80 qadın universitetini araşdıracaqlarını və Türkiyədə də bu addımı atacaqlarını qeyd etdi.
 
 Digər tərəfdən, Osakada 28-29 iyun tarixlərində keçiriləcək G-20 liderlər sammitində S-400 hava və raket müdafiə sistemlərinin başlıca məsələlərdən biri olması gözlənilir.
 
 Sistemlərin təhvilindən əvvəl sammitdə Rusiya prezidenti Vladimir Putin ilə təkbətək görüşəcək Türkiyə prezidenti Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ilə də bir araya gələcək.
 
 Sammitdə Suriya başda olmaqla, regional məsələlər geniş şəkildə müzakirə olunacaq.
 
 Ərdoğan S-400-lərin alımına qarşı çıxan Tramp ilə problemli məsələləri təkbətək müzakirə edəcək.
 
 Prezident Ərdoğan sammitdən sonra paytaxt Tokioda da danışıqlar aparacaq.



Әlaqәli Xәbәrlәr