Türkiyə prezidenti Yaponiyaya səfər edir

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan G-20 liderlər sammitində iştirak etmək üçün bu gün Yaponiyaya səfər edir.

1225599
Türkiyə prezidenti Yaponiyaya səfər edir

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan G-20 liderlər sammitində iştirak etmək üçün bu gün Yaponiyaya səfər edir.
 
 G20 liderlər sammiti 28-29 iyun tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək.
 
 Sammitdə S-400 hava və raket müdafiə sistemlərinin başlıca məsələlərdən biri olması gözlənilir.
 
 Türkiyə prezidenti sistemlərin təhvilindən əvvəl sammitdə Rusiya prezidenti Vladimir Putin ilə üz-üzə görüşəcək. 

Ərdoğan Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ilə də bir araya gələcək.
 
 Suriya başda olmaqla, regional məsələlər geniş şəkildə müzakirə olunacaq.
 
 Ərdoğan S-400-lərin alınmasına qarşı çıxan ABŞ prezidenti ilə problemli məsələləri üz-üzə danışacaq.
 
 Prezident Ərdoğan sammitdən sonra paytaxt Tokioda da danışıqlar aparacaq.



Әlaqәli Xәbәrlәr