Tehrandan Vana dəmiryolu səfərləri yenidən başladı

İranın paytaxtı Tehrandan Vana dəmiryolu səfərləri yenidən başladı.

1224888
Tehrandan Vana dəmiryolu səfərləri yenidən başladı
tahran-van tren yolcu.jpg

İranın paytaxtı Tehrandan Vana dəmiryolu səfərləri yenidən başladı.

Dünən saat 09:30-da Tehrandan hərəkət edən 180 nəfər tutumlu 5 vaqon mənzil başına- Vana çatıb.

Təxminən 21 saat davam edən səfər zamanı Vana gələn 79 iranlı sərnişin minibus və avtomobil vasitəsilə şəhər mərkəzinə gediblər.

Tehran- Van dəmiryolu səfərlərinin başlanmasından məmnun olduqlarını ifadə edən Raja Dəmiryolu Daşınma şirkətinin turizm bölməsinin rəhbəri Mehrdad Nasseri səfərlərin həftədə iki dəfə həyata keçiriləcəyini bildirib.

Yaxın vaxtlarda Tehran- Ankara dəmiryolu səfərlərinin də başlayacağını deyən M. Nasseri bu səfərlərin İranla Türkiyə arasında işgüzar əlaqələrin inkişafına təkan verəcəyinə, hər iki ölkənin iqtisadi əlaqələrinə əhəmiyyətli təsir edəcəyinə əminliyini söyləyib.

Qatar bu gün saat 21.00-da Van avtovağzalından Tehrana yola düşəcək.

Xatırladaq ki, 2015-ci ildən etibarən PKK-nın terror hücumları səbəbindən fəaliyyəti dayandırılan Van-Təbriz sərnişin qatarı ötən il yenidən işini bərpa edib.



Әlaqәli Xәbәrlәr