Ərdoğan G20 sammiti çərçivəsində Trampla görüş keçirəcək

Prezident Rəcəb Tayyib Ərdoğan Yaponiyada 28-29 iyunda təşkil ediləcək G20 sammiti çərçivəsində ABŞ prezidenti Donald Trampla ikitərəfli görüş keçirəcək.

1224413

Ağ Evin ali səviyyəli səlahiyyətlilərindən biri Trampın Yaponiya proqramına dair telekonfransda prezidentin 8 ölkə liderilə görüş keçirəcəyini və həmin çərçivədə Ərdoğanla da bir araya gələcəyini bildirdi.

Ərdoğan ilə Tramp arasındakı görüşdə S-400 havadan müdafiə sistemləri məsələsi başda olmaqla iki ölkə əlaqələrindəki əsas mövzuların ətraflı şəkildə müzakirə olunacağı gözlənir.

Qeyd edək ki, G20 sammiti 28-29 iyunda Yaponiyanın Osaka şəhərində keçiriləcək.

Әlaqәli Xәbәrlәr