Rәcәb Tayyib Әrdoğan gündәmdәki aktual mövzuları qiymәtlәndirib

Türkiyә prezidenti İstanbuldakı Vahdettin Köşkündә bәzi media orqanlarının nümayәndәlәrinә müsahibә verib.

1222525
Rәcәb Tayyib Әrdoğan gündәmdәki aktual mövzuları qiymәtlәndirib

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan 28-29 iyun tarixlәrindә  Yaponiyada keçirilәcәk ‘‘Böyük iyirmilik’’ ölkәlәrinin liderlәrinin Sammitindә Amerika Birlәşmiş Ştatları prezidenti Donald Tramp ilә S-400 havadan müdafiә sistemlәri vә F-35 döyüş tәyyarәlәri mәsәlәlәrini müzakirә edәcәklәrini deyib.

Türkiyә prezidenti İstanbuldakı Vahdettin Köşkündә bәzi media orqanlarının nümayәndәlәrinә müsahibә verib.

Gündәmdәki aktual mövzuları qiymәtlәndirәn Rәcәb Tayyib Әrdoğan "Moody's" beynəlxalq reytinq agentliyinin  Türkiyәnin kredit reytingini aşağı salmasına toxunub. Әrdoğan  Türkiyә iqtisadiyyatına edilәn hücumların әvvәlki illәrdә olduğu kimi yenә qarşısının alınacağını  bildirib.

Türkiyәnin Rusiyadan alacağı S-400 mәsәlәsini ABŞ-ın müzakirә mövzusuna çevirdiyinә işarә edәn Әrdoğan bu sәbәbdәn  dә ABŞ-ın F-35 tәyyarәlәrini Türkiyәyә tәhvil vermәmәk kimi bir mövzunu gündәmә gәtirdiyini bildirib.

‘‘Bu ayın sonunda G-20 sammitinә qatılacağıq. Orada  cәnab Donald  Tramp vә cәnab Vladimir Putinlә görüşәcәyik. Bu mövzuları müzakirә edәcәyik. G-20 sammitindәn sonra mәn Çinә sәfәr edәcәm’’,-deyә Türkiyә prezidenti vurğulayıb.

Rәcәb Tayyib Әrdoğan Çinә edәcәyi sәfәr çәrçivәsindә Çin-Türkiyә münasibәtlәrini müzakirә edәcәklәrini deyib.



Әlaqәli Xәbәrlәr