Rәcәb Tayyib Әrdoğan Tacikistanda sәfәrdәdir

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə Toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşәnbәyә sәfәr edib.

1218861
Rәcәb Tayyib Әrdoğan Tacikistanda sәfәrdәdir

 

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə Toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşәnbәyә sәfәr edib. 

Rәcәb Tayyib Әrdoğanın  ‘‘TC TRK’’ tәyyarәsi  Türkiyә vaxtı 22.05-dә  Düşәnbә  Beynәlxalq Hava limanına enib. Türkiyә prezidentini  hava limanında Tacikistan Milli Mәclisinin sәdr müavini Mehmetsәid Ubadullayev, Tacikistan xarici işlәr nazirinin müavini Xusrav Neoziri, Düşәnbә  bәlәdiyyәsinin birinci sәdrinin müavini Mahmadzaid Zuvaydzoda vә Türkiyәnin Düşәmbәdәki  sәfiri Әli Rıfat  Köksal vә digәr rәsmi şәxslәr qarşılayıblar.

Rәcәb Tayyib Әrdoğan vә xanımı Әminә Әrdoğanı sәfәr çәrçivәsindә  Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu, Xәzinә vә Maliyyә naziri Berat Albayrak,  Milli Müdafiә naziri Hulusi Akar, Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun vә Türkiyә Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın müşayiәt edirlәr.

Mәlumata görә, Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan sәfәr çәrçivәsindә Tacikistan prezidenti İmamәli Rәhmanla Prezident İqamәtgahında bir araya gәlәcәk.

Rәcәb Tayyib Әrdoğan hәmçinin Tacikistan prezidenti İmamәli Rәhmanın qonaq prezidentlәrin şәrәfinә verәcәyi ziyafәtdә dә iştirak edәcәk.

Rәcәb Tayyib Әrdoğanın Tacikistanda keçirilәn zirvә toplantısına  qatılan liderlәrlә ikitәrәfli görüşlәr keçirmәsi dә nәzәrdә tutulur.



Әlaqәli Xәbәrlәr