Rәcәb Tayyib Әrdoğan İmamәli Rәhmanla görüşüb

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Tacikistan prezidenti İmamәli Rәhmanla görüşüb.

1218892
Rәcәb Tayyib Әrdoğan İmamәli Rәhmanla görüşüb

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Tacikistan prezidenti İmamәli Rәhmanla görüşüb.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə Toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşәnbәyә sәfәr edәn Rәcәb Tayyib Әrdoğanın  bu ölkәdәki  rәsmi görüşlәri start götürüb. 

Türkiyә prezidenti zirvә toplantısından әvvәl Tacikistan prezidenti ilә Prezident iqamәtgahında bir araya gәlib. Görüş tәxminәn yarım saat davam edib.

Zirvә toplantısının hazırki sәdri vә Tacikistan prezidenti Rәhman toplantıdan әvvәl liderlәri qarşılayıb.

Türkiyә prezidenti toplantıdan әvvәl Rusiya prezidenti Vladimir Putinlә söhbәt edib. Görüşdә Xarici İşlәr naziri Mövlud Çavuşoğlu, Xәzinә vә Maliyyә naziri Berat Albayrak vә Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun da iştirak ediblәr.

Mәlumata әsasәn, liderlәr  Tacikistan prezidenti İmamәli Rәhmanın onların şәrәfinә verәcәyi ziyafәtdә dә iştirak edәcәklәr.



Әlaqәli Xәbәrlәr