Rәcәb Tayyib Әrdoğan gündәmdәki aktual mövzuları qiymәtlәndirib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan bildirib ki, Bәşәr Әsәd rejimi Türkiyәnin Suriyadakı nәzarәt mәntәqәlәrinә hücumlarını  davam etdirәrsә buna sәssiz qalmayacaqlar.

1218827

Rәcәb Tayyib Әrdoğan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə Toplantısında iştirak etmək üçün Tacikistana sәfәr etmәzdәn әvvәl İstanbul Atatürk Hava Limanında bәyanatlar verib.

Suriyanın İdlib şәhәrindә son günlәrdә gәrginlәşәn vәziyyәtә toxunan Rәcәb Tayyib Әrdoğan Türkiyәnin bu ölkәdәki  nәzarәt mәntәqәlәrinә hücum edildiyini bildirib.

‘‘Hücum nәticәsindә xәsarәt alanlar vә şәhid olanlar oldu. Hücumu  tәşkil edәnlәrә lazımi cavab verildi.  Bәşәr Әsәd rejimi Türkiyәnin Suriyadakı nәzarәt mәntәqәlәrinә hücumlarını  davam etdirәrsә buna sәssiz qalmayacağıq. Biz burada sülhün tәmin olunmasını  istәyirik. Ölüm hallarının olmamasını istәyirik’’.

İdlibә müxtәlif silahlarla vә bomba növlәri ilә tәşkil edilәn hücumların qәbuledilmәz olduğunu deyәn Әrdoğan buna sәssiz qalmayacaqlarını bildirib.

Әrdoğan Şimali Kipr Türk Respublikasında Türk әsgәrlәrinin sayının azalması ilә bağlı iddialara da toxunaraq bildirib ki, bu xәbәrlәr hәqiqәti әks etdirmir.

Әlaqәli Xәbәrlәr