"Fransanın PKK-nın Suriyadakı qolu olan YPG ilə yaxın əməkdaşlığı düzgün deyil", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Fransanın terror təşkilatı PKK-nın Suriyadakı qolu olan YPG ilə yaxın əməkdaşlığının düzgün olmadığını söylədi.

1218095
"Fransanın PKK-nın Suriyadakı qolu olan YPG ilə yaxın əməkdaşlığı düzgün deyil", M.Çavuşoğlu
drian-cavusoglu1.jpg
drian-cavusoglu.jpg

Xarici işlər naziri Mövlud Çavuşoğlu Fransanın terror təşkilatı PKK-nın Suriyadakı qolu olan YPG ilə yaxın əməkdaşlığının düzgün olmadığını söylədi.

Çavuşoğlu Türkiyədə səfərdə olan Fransanın xarici işlər naziri Jan-İv Le Drian və heyətlar arasında keçirilən görüşlərdən sonra birgə mətbuat konfransında deyib ki, Suriya məsələsində bir mövzunu çıxmaqla Fransa ilə düşüncələrimiz tamamilə üst-üstə düşür.

Fransanın YPG ilə əlaqəsinə toxunan Çavuşoğlu bildirib ki, Fransanın PKK ilə heç bir fərqi olmayan YPG ilə yaxın əməkdaşlığı düzgün deyildir. Fransanın YPG ilə əməkdaşlıq içərisində olması bu  ölkəyə yaraşmır. Suriyanın gələcəyi üçün sərhəd bütövlüyü, torpaq bütövlüyü üçün təhlükəlidir. Həmçinin bizim sərhəd təhlükəsizliyimiz və ölkəmizin və millətimizin əmin-amanlığı üçün də həssas bir mövzudur.

Suriyanın İdlibdə atəşkəs iddiasına da toxunan Çavuşoğlu siyasi deyil, hərbi həllə inanan rejimin son zamanlarda İdlibə istiqamətli hücumlarının artdığına da diqqət çəkib və “İdlibdə hazırda tam mənası ilə atəşkəs təmin edildiyini söyləmək qeyri-mümkündü" deyib.

Çavuşoğlu İdlibdə bu gün  TSQ-nın nəzarət məntəqəsinə edilən hücumun bilərəkdən olduğunu düşündüklərini qeyd edərək deyib:

“Rejimin hücumları davam edəcəyi təqdirdə lazım olanı yerinə yetirərik. Bundan da heç kəsin şübhəsi olmasın”.

Çavuşoğlu rejimə də bu hücumları dayandırması üçün Rusiyanın və İranın zamin ölkə olaraq lazım gələn təzqiyi göstərməsinin vacibliyini vurğulayıb.

Xarici işlər naziri Çavuşoğlu Türkiyənin Rusiyadan alacağı S-400-lərlə əlaqədar ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan tərəfindən milli müdafiə naziri Hulusi Akara göndərilən məktuba da münasibət bildirib. O deyib ki, bu məktubun üslubunu qəbul etmirik. Heç kəs Türkiyəyə ultimatum verə bilməz. Türkiyə müstəqil və azad bir ölkədir. Belə məktublarla Türkiyə aldığı qərardan daşınmaz. Türkiyə S-400-ləri almışdır və S-400-lər Türkiyəyə gələcəkdir.

Fransız nazir Drian da İdlib məsələsi barədə narahat olduqlarını bildirərək, “ Biz İdlib mövzusunda Türkiyəni dəstəkləyirik. Atəşkəsə əməl edilməsinə imkan yaratmalıyıq. Çünki durum çox təhlükəli və partlayıcı təsirə sahib ola bilər” deyib.



Әlaqәli Xәbәrlәr