ABŞ-ın terrorla mübarizə üzrə koordinatoru Türkiyəyə səfərə gəlir

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin terrorla mübarizə üzrə koordinatoru Nathan Sales Türkiyəyə səfərə gəlir.

1217532
ABŞ-ın terrorla mübarizə üzrə koordinatoru Türkiyəyə səfərə gəlir

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin terrorla mübarizə üzrə koordinatoru Nathan Sales Türkiyəyə səfərə gəlir.

ABŞ Dövlət Departamentinin Nathan Salesin Türkiyəyə səfəri ilə bağlı yazılı açıqlamasında bildirilib: “Terrorla mübarizə üzrə koordinator Sales bu həftə Ankarada Türkiyənin səlahiyyətlilərlə görüşlər keçirəcək. Görüşlərdə xarici terrorçuların ölkələrinə qaytarılması və mühakimə edilməsi, sərhəd təhlükəsizliyi, terrorçuların və terror təşkilatlarının hərəkət sahələrinin məhdudlaşdırılması,  terror təşkilatları PKK, Əl-Qaidə və DEAŞ ilə mübarizə mövzuları müzakirə ediləcək”.



Әlaqәli Xәbәrlәr