İddialar əsassız və böhtandır

Rəsmi Ankara Hollandiya Nümayəndələr Məclisində Türkiyə əleyhində qəbul edilən qərarlarda irəli sürülən iddiaların əsassız və böhtan olduğunu bildirdi.

1217326
İddialar əsassız və böhtandır

Rəsmi Ankara Hollandiya Nümayəndələr Məclisində Türkiyə əleyhində qəbul edilən qərarlarda irəli sürülən iddiaların əsassız və böhtan olduğunu bildirdi.

Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında “Hollandiya Nümayəndələr Məclisində Türkiyə əleyhinə dairələrin təşşəbüsü ilə qəbul edilən qərarları və bu qərarlarda ölkəmizə qarşı irəli sürülən əsassız və böhtan dolu iddiaları kəskin şəkildə rədd edirik” ifadəsi işlədilib.

“Belə əsassız, məntiq və ciddilikdən məhrum cəhdləri göstərənlərə lazım olan cavab veriləcəkdir” deyə vurğulanan açıqlamada populizm vasitəsilə gün üçün qələbə qazanıb seçicilərin nəzərində diqqət çəkməyə səy göstərən siyasət anlayışının sonda bu ağılsız və məntiqsiz yanaşmalara təslim olanlara zerər verəcəyinə işarə edilib.

Açıqlamada bunlar qeyd edilib: “Hollandiya Nümayəndələr Məclisinin qərəzli fikirlərdən ilham götürən Türkiyə əleyhinə siyasətdən əl çəkərək, Avropa dəyərlərini təhdid edən daha ciddi məsələlərlə maraqlanması düzgün iş olacaqdır. Bu çərçivədə artan ultra sağ, xarici düşmənçiliyi, irqçilik, İslam əleyhinə və məscitlərə edilən hücumlardaki artıma qarşı görüləcək tədbirləri ilkin planda müzakirə etməlidir. Hollandiya ilə əlaqələrimizin normallaşmasına dair cəhd göstərildiyi və qarşılıqlı addımlar nəticəsində müsbət əhvalatların qeydə alındığı bir mərhələdə Parlamentin bu cür əsassız və qərəzli, hansı məqsədə xidmət göstərdiyi aydın olmayan təşəbbüslərin əlaqələrimizin inkişafına töhfə verməyəcəyi məlumdur”.



Әlaqәli Xәbәrlәr