Türkiyə futbolçulara göstərilən kobudluqla əlaqədar İslandiyaya nota verdi

Xarici işlər naziri Mövlud Çavuşoğlu məsələni islandiyalı həmkarı ilə görüşəcək.

1215770
Türkiyə futbolçulara göstərilən kobudluqla əlaqədar İslandiyaya nota verdi

Türkiyə futbol üzrə bu ölkənin milli komandasının “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində İslandiya ilə səfər matçı üçün gəldiyi Keflavik hava limanında əsassız səbəblərlə üç saata yaxın gözlədilməsinə görə rəsmi Reykyavikə nota verib.

Nota Türkiyənin Norveçdəki səfirliyi vasitəsilə İslandiya hökumətinə təqdim edilib. Notada futbolçuların ölkəyə girişi zamanı pasport qeydiyyatında uzun müddət gözlədilmələri, yoxlanış zamanı komanda üzvlərinin əşyalarının uzun müddət araşdırılması, aidiyyəti şəxslərin millinin üzvlərinə kobud davranışları qınanıb və məsələ ilə əlaqədar müvafiq tədbirlərin görülməsi tələb edilib.

Digər tərəfdən xarici işlər naziri Mövlud Çavuşoğlu məsələni islandiyalı həmkarı ilə görüşəcək.



Әlaqәli Xәbәrlәr