THY Sudan uçuşlarına nə zaman icazə verəcək?

THY təhlükəsizlik məqsədi ilə ləğv edilən uçuşların nə vaxt bərpa ediləcəyi barədə məlumat vermir.

1214391
THY Sudan uçuşlarına nə zaman icazə verəcək?

Türkiyə Hava Yolları (THY) Sudanda davam edən iğtişaşlarla əlaqədar bu ölkəyə bütün uçuşları dayandırıb.

THY təhlükəsizlik məqsədi ilə ləğv edilən uçuşların nə vaxt bərpa ediləcəyi barədə məlumat vermir.

Qeyd edək ki, Sudanda aprel ayında baş vermiş hərbi çevrilişdən sonra ölkədə mülki hakimiyyət orqanlarının yaradılması tələbi ilə kütləvi etirazlar başlayıb. Ən son məlumata görə, paytaxt Xartumda müxalifətin çadır düşərgəsinin dağıdılması nəticəsində həlak olanların sayı 100 nəfərə çatıb.



Әlaqәli Xәbәrlәr