"Terrorçuların bütün künc-bucaqlarına giriləcək", H.Akar

Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Pəncə” hərəkatının bölgədəki son terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyini vurğuladı.

1213880
"Terrorçuların bütün künc-bucaqlarına giriləcək", H.Akar

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Pəncə” hərəkatının bölgədəki son terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyini vurğuladı.

  H.Akar baş qərargah rəisi Yaşar Güler, Quru Qüvvələri komandiri Ümid Dündar, Dəniz Donanması komandiri Adnan Özbal və Hava Qüvvələri komandiri Həsən Küçükakyüzlə birlikdə “Pəncə” hərəkat bölgəsindəki nəzarət məntəqələrinə baş çəkdi - Büyüktopraklı hərbi bazasına getdi.

  Türkiyənin milli müdafiə naziri Balkayalarda sərhədin neytral bölgəsindəki nəzarət məntəqəsini gəzdikdən sonra etdiyi şərhdə bildirdi:

  "Pəncə” hərəkatımız davam edir. Terrorçuların bütün künc-bucaqlarına giriləcək. Ən son terrorçu zərərsizləşdirilənə qədər o bölgədən çıxmayacağıq.

  Türkiyə Silahlı Qüvvələri xalqın suverenlik, müstəqillik və təhlükəsizliyi üçün ona verilən vəzifələri ən yaxşı şəkildə icraetmə səyindədir. Bir tərəfdən “Fərat qalxanı”, bir tərəfdən də “Zeytun budağı” çərçivəsində  fəaliyyətlərimiz fasiləsiz sürür. İdlibdə məzlumları və günahsızları qorumağa davam edirik. Atəşkəs və sabitliyin təmin edilməsi üçün əlimizdən gələni orada göstəririk. Bununla əlaqədar Rusiya ilə də görüşlərimizi davam etdiririk.

  Dənizlərimizdə, səmalarımızda da ölkəmizin və xalqımızın haqq və hüququnu qorumaq üçün nə lazımsa, hamısını əskiksiz yerinə yetiririk.

  Türkiyə Silahlı Qüvvələri olaraq biz vəzifəmizi konstitusiya, qanunlar və prezidentimizin təlimatları çərçivəsində ən yaxşı şəkildə yerinə yetirməyi davam etdiririk və etdirəcəyik. İnşaallah, xalqımızı bu terror bəlasından qurtaracağıq."  



Әlaqәli Xәbәrlәr