Rәcәb Tayyib Әrdoğan Ramazan bayramı münasibәtilә Türk xalqını tәbrik edib

Türk xalqını Ramazan bayramı münasibәtilә tәbrik edәn Türkiyә prezidenti  daha bir Ramazan ayının  başa çatdığını qeyd edib.

1213063
Rәcәb Tayyib Әrdoğan Ramazan bayramı münasibәtilә Türk xalqını tәbrik edib

 

 

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Ramazan bayramı münasibәtilә açıqlama verib.

Türk xalqını Ramazan bayramı münasibәtilә tәbrik edәn Türkiyә prezidenti  daha bir Ramazan ayının  başa çatdığını qeyd edib.

‘‘Bu müqәddәs bayram günlәrindә dünyanın dörd bir güşәsindә zülmә mәruz qalan, yoxsulluqla mübarizә aparan qardaşlarımızın olmasını bilmәk bizi kәdәrlәndirir. Bayramın başda İslam alәmi olmaqla bütün bәşәriyyәt üçün xeyirlәrә  vәsilә olmasını arzulayıram.  Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm’’ deyә Türkiyә prezidenti  Rәcәb Tayyib Әrdoğan qeyd edib.

Rәcәb Tayyib Әrdoğan Türkiyәnin mәruz qaldığı terror hücumlarına, mühasirәlәrә vә oynanan oyunlara baxmayaraq müsbәt istiqamәtdә irәlilәdiyini vurğulayıb.

Әrdoğan bildirib ki, ötәn 17 il әrzindә hәyata keçirdiyimiz layihәlәr vә göstәrdiyimiz xidmәtlәr sayәsindә Türkiyә gәlәcәyә doğru әmin addımlarla irәlilәyir.



Әlaqәli Xәbәrlәr