Mövlud Çavuşoğlu İӘT-na üzv dövlәtlәrin liderlәrinә müraciәt edib

Mövlud Çavuşoğlu müsәlmanların sülh, tәhlükәsizlik, sabitlik vә rifah kimi ciddi problemlәrlә qarşı qarşıya olduğunu vurğulayıb.

1212584
Mövlud Çavuşoğlu İӘT-na üzv dövlәtlәrin liderlәrinә müraciәt edib

 

 

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Sәudiyyә Әrәbistanının ev sahibliyindә Mәkkәdә keçirilәn İslam Әmәkdaşlıq Tәşkilatının samitindә üzv dövlәtlәrin liderlәrinә müraciәt edib.

Mövlud Çavuşoğlu müsәlmanların sülh, tәhlükәsizlik, sabitlik vә rifah kimi ciddi problemlәrlә qarşı qarşıya olduğunu vurğulayıb.

Suriyanın әrazi bütövlüyünә әhәmiyyәt verdiklәrini bildirәn Mövlud Çavuşoğlu  Suriya xalqının acılarını yüngüllәşdirmәk üçün hәm müzakirәlәrin aparıldığı masada, hәm dә bölgәdә ciddi sәylәr göstәrdiklәrini söylәyib.

Türkiyәnin XİN rәhbәri Birlәşmiş Millәtlәr Tәşkilatının Liviya vә Yәmәndәki qarşıdurmaların sona çatması üçün göstәrdiyi sәylәri dәstәklәdiklәrini ifadә edәrәk bu ölkәlәrin müstәqilliyi vә әrazi bütövlüyünә әhәmiyyәt verdiklәrini deyib.

Azәrbaycan torpaqlarının 20 %-nin işğal altında olduğunu xatırladan Mövlud Çavuşoğlu bildirib ki, Dağlıq Qarabağ problemi, Azәrbaycanın  әrazi bütövlüyü vә  suverenliyi beynәlxalq hüquq normaları vә BMT-nin müvafiq qәrarları çәrçivәsindә hәll olunmalıdır.

Kipr mәsәlәsinә dә toxunan Çavuşoğlu qeyd edib ki, bu gün  Şimali Kipr Türk Respublikasına ciddi embarqolar tәtbiq olunur. İslam Әmәkdaşlıq Tәşkilatının bu problemin qarşısının alınması üçün  Kiprdәki Türklәrә göstәrdiyi hәmrәyliyi alqışlayırıq.



Әlaqәli Xәbәrlәr