Rәcәb Tayyib Әrdoğan Qәdr gecәsi münasibәtilә tәşkil edilәn proqramda çıxış edib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan İstanbulun Esenlәr meydanında Qәdr gecәsi münasibәtilә tәşkil edilәn xüsusi proqramda iştirak edib.

1212316

Tәdbirdә açılış nitqi ilә çıxış edәn Türkiyә prezidenti iştirakçıları Qәdr gecәsi münasibәtilә tәbrik edib.

Türkiyәnin sabitlik vә hüzur adası olduğunu bildirәn Rәcәb Tayyib Әrdoğan  deyib: ‘‘Suriyada bombaların altında iftar edәn qardaşlarımıza, Yəməndə bir quru çörəyә möhtac  günahsız uşaqlara, Əfqanıstanda, İraqda, Pakistanda vә Liviyada qarşıdurmaların kölgәsindә Ramazan ayını keçirmәk mәcburiyyәtindә qalan mәzlumlara, 70 ildir ürəyi vәtәn hәsrәti ilә döyünәn fәlәstinli qaçqınlara dua edirik’’.

Türkiyә prezidenti çıxışı zamanı Ramazan ayının ruhuna vә tәmsil etdiyi dәyәrlәrә uyğun yaşamanın әhәmiyyәtinә diqqәt çәkib. Әrdoğan hәmçinin müsәlmanların çәtin bir dövrdәn keçdiyini ifadә edәrәk  bütün dünyada yaşanan zülm vә qarşıdurmalara  diqqәt yetirib.

Әlaqәli Xәbәrlәr