Ərdoğan və Putin arasında telefon danışığı olub

Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin verdiyi məlumata görə, telefon danışığı zamanı tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər.

1211494
Ərdoğan və Putin arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin verdiyi məlumata görə, telefon danışığı zamanı tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər.

Məlumatda deyilir: "Telefon danışığında prezident Ərdoğan Suriya rejiminin İdlibin cənubunda ümumilikdə dinc sakinləri hədəf götürən hücumlarında daha çox ölüm hallarının qarşısının alınması və Türkiyə sərhədlərinə istiqamətli artan köç təhlükəsinə mane olunmasının vacibliyini vurğuladı. Ayrıca İdlibdə atəşkəsin təcili təmin edilməsi və daha sonra siyasi həll prosesinə yenidən diqqət yetirilməsinin lazım gəldiyini ifadə etdi. Prezident Ərdoğan ikitərəfli əlaqələrin müsbət gündəmlə irəlilədiyini bildirərək, iyun ayında G20 sammiti çərçivəsində Yaponiyada hörmətli Putinlə keçirəcəkləri görüşdə fəaliyyətlərin nəticələrini qiymətləndirə biləcəklərini qeyd etdi”.



Әlaqәli Xәbәrlәr