Prezident Ərdoğan İraqlı həmkarı ilə görüşdü

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda səfərdə olan İraq prezidenti Bərham Saleh ilə dünən bir araya gəldi.

1210069
Prezident Ərdoğan İraqlı həmkarı ilə görüşdü

Vahdettin sarayında qapalı qapılar arxasında baş tutan görüş təxminən bir saat davam etdi.

İki lider arasında keçirilən danışıqlara Xarici işlər naziri Mevlüt Çavuşoğlu və Milli Kəşfiyyat Təşkilatının Başçısı Hakan Fidan da iştirak etdi.

Prezident Ərdoğan, İraqlı həmkarının şərəfinə ziyafət verdi. İftar yeməyinə Əminə xanım Ərdoğan və İraq prezidenti Saleh Salehinin həyat yoldaşı Sarbaq Saleh də qatıldı.



Әlaqәli Xәbәrlәr