Türkiyə Kuba ilə əməkdaşlıq edərək xərçəng peyvəndi istehsalına başlayır
Türkiyə xərçəng peyvəndi və həmin xəstəliyin müalicəsində istifadə olunan dərmanların istehsalında Kuba ilə əməkdaşlıq edəcək. Səhhiyə nazirliyindən mövzu ilə əlaqəli məlumat yıyılıb.
![Türkiyə Kuba ilə əməkdaşlıq edərək xərçəng peyvəndi istehsalına başlayır](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/7846/de4f/1d96/5c21dca665e2e.jpg?time=1718793608)
Nazirliyin açıqlamasında bildirilib ki, nəzərdə tutulan sahədə əməkdaşlıq müqamizəsi imzalamaq üzrə Kubadan nümayəndə heyəti bu həftə ölkəmizdə səfərdə olacaq.
Nazirliyin açıqlamasına görə Səhiyyə naziri Fahrəddin Koca, 72-ci Dünya Sağlamlıq Assambleyasına qatılmaq üçün getdiyi Cənəvrə şəhərində Kubalı həmkarı Jose Angel Portal Miranda ilə bir araya gəlib. Yığıncaqda, infeksiya, xərçəng peyvəndi və istifadə edilən dərmanların birgə istehsal edilməsi qərarına gəlinib.
Səhiyyə naziri Koca mövzu ilə əlaqəli açıqlamasında: “əsas məqsədimiz peyvənd, qan məhsulları, tibbi ləvazimat istehsalı sahəsində özüzə kifayət edəbiləcək ölkə və qlobal bazarlarda bu sahədə rəqabət gücünə sahib olmaqdır”.
Kocanın sözlərinə görə 72-ci Dünya Sağlamlıq Assambleyası çərçivəsində baş tutan danışıqlar nəticəsində İndoneziya və Qırğızıstan ilə də səhiyyə sahəsində əmikdaşlıq edilməsini nəzərdə tutan müqavilələr imzalanıb.
Әlaqәli Xәbәrlәr
![Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/17dc/85c7/62ef/667274aa8f555.jpg?time=1718793609)
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718793609)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq