Türkiyə Fələstinə bağışladığı 10 milyonun hamısını ödədi

Türkiyənin ayırdığı 10 milyon dollar məbləğindəki nağd pulun 3,5 milyon dollarlıq üçüncü və son hissəsinin 24 may tarixində Fələstin dövlətinə təqdim edildiyini bildirdi.

1209047
Türkiyə Fələstinə bağışladığı 10 milyonun hamısını ödədi

Xarici İşlər Nazirliyi Türkiyə və Fələstin arasında 15 sentyabr 2017-ci ildə imzalanan razılaşma çərçivəsində Türkiyənin ayırdığı 10 milyon dollar məbləğindəki nağd pulun 3,5 milyon dollarlıq üçüncü və son hissəsinin 24 may tarixində Fələstin dövlətinə təqdim edildiyini bildirdi.

Nazirliyin yazılı açıqlamasında qeyd olunub ki, Türkiyənin Fələstin dövlətinə bağışladığı pulun son hissəsi də ödəndi.

Açıqlamada sözügedən pulun ödənməsilə Fələstin dövlətilə həmrəylik içində, qardaş Fələstin xalqının ağır iqtisadi şərtlərinin ramazan ayı zamanı yüngülləşdirilməsinin məqsəd götürüldüyü vurğulanıb və “Türkiyə bütün imkanları ilə Fələstinin rifahına töhfə verməkdə davam edəcəkdir” deyilib.



Әlaqәli Xәbәrlәr