"Ərdoğanın Aİ-yə ehtiyacı yox, Aİ-nin Ərdoğana ehtiyacı var"

İsveçdə Xristian Demokrat Partiyasının sədri Ebba Buşun (Ebba Busch) yazdığı “Prezident Ərdoğanın olduğu Türkiyəni Avropa İttifaqına qəbul etməyək” başlıqlı məqaləsinə sərt reaksiyalar göstərildi.

1207217

Avropa Parlamenti seçkiləri üçün Türkiyə əleyhinə düşüncələrilə səs toplamağa cəhd göstərən Buşun “SVD” qəzetində dərc olunan məqaləsi sosial mediada sərt tənqidlərə məruz qaldı.

“Daadir Likar” adlı internet istifadəçisi “Ərdoğan dünyanın ən yaxşı lideridir. Ərdoğanın Aİ-yə ehtiyacı yoxdur. Aİ-nin Ərdoğana ehtiyacı var” deyə yazdı.  

Türkiyədəki iqtisadi inkişafa diqqət çəkən “Muath Əbukhader” adlı istifadəçi “Xahiş edirəm biraz televiziya kanallarına baxın. Aİ-nin Ərdoğana ehtiyacı var. Öz ölkəsini iqtisadiyyat sahəsində inkişaf etdirdi. Türkiyə Avropa ölkələri üçün iqtisadi mənada çox əhəmiyyətli hala gəldi” qeyə qeyd etdi.

Ərdoğanın dünya lideri olduğunu bildirən başqa bir istifadəçi isə “Ərdoğan sadəcə Türkiyənin deyil, bütün müsəlman aləminin də lideridir. Müsəlman dünyası onun etdiklərini bilir” deyə yazdı.

Türkiyə xalqı və prezident Ərdoğana dua edən “Ayan Məhəmməd”adlı istifadəçi “Allah Ərdoğan və Türkiyə xalqını qorusun. Ərdoğan sadəcə Türkiyənin lideri deyil, bir çox yardıma möhtac ölkənin insanına yardım edən ölkənin lideridir” deyə vurğuladı.

Әlaqәli Xәbәrlәr