Növbəti ICCI 2019 Sərgisinə İstanbul ev sahibliyi edəcək

25-ci ICCI Beynəlxalq Enerji və ekologiya Sərgisi və Konfransı (ICCI 2019) 28 Mayda İstanbulda keçiriləcək.

1207665
Növbəti ICCI 2019 Sərgisinə İstanbul ev sahibliyi edəcək

28-30 Mayda İstanbul Sərgi Mərkəzində keçiriləcək sərgi və konfransa, Enerji və Təbii Sərvətlər nazirinin müavini Abdullah Tanca və Türkiyə Böyük Millət Məclisi (TBMM) Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, Bilik və Texnologiya Komissiyası Başçısı Mustafa Elitaş ilə Enerji Sektoru Tənzimləmə Təşkilatından nümayəndələr qatılacaq. Xüsusi sektordan bir çox yüksək səviyyəli nümayəndə və ekspertlərin də qatılacaqları tədbirin mövzusu "Enerji dönüşümü və dəyişim" olacaq.

Enerji sektorunda cərəyan edən proseslərin müzakirə ediləcəyi tədbirdə tarixçi və yazıcı Dr. İlber Ortaylı da “Enerji müharibələri və tarixi" başlığında məruzə təqdim edəcək.

 



Әlaqәli Xәbәrlәr