Türkiyə Venesuelaya dərman göndərir

Türkiyə qırmızı aypara cəmiyyəti, Venesuelaya 100 min dollarlıq dərman göndərəcək. Bu barədə qırmızı aypara cəmiyyətinin baş direktoru Kərəm Kınık məlumat yayıb.

1206582
Türkiyə Venesuelaya dərman göndərir

Kınık, növbəti bir Konfransa qatılmaq üzrə səfərdə olduğu Argentinanın paytaxtı Buenos Airesdə, Türkiyənin bu ölkədəki səfiri Şefik Vural Altayın iftar dəvətində etdiyi çıxışında, Türk qırmızı aypara cəmiyyətinin Amerika qitəsindəki fəaliyyətlərinə diqqət çəkib. O: “Türkiyə qırmızı aypara cəmiyyəti xüsusiylə təbii fəlakətə məruz qalmış bütün bölgələrdə fəaliyyət aparır. Haitidə, Meksikada, vulkan püskürməsindən sonra Qvatemalada fəaliyyətlərimiz oldu. Venesuelada yaşanan gərginlik səbəbindən ölkəyə tibbi və humanitar yardımların çatdırılmasında çətinlik çəkilir. Türk qırmızı aypara cəmiyyəti ilk mərhələdə Venesuelaya 100 min dollarlıq dərman çatdırmağı planlayır. Bunu ən qısa zamanda reallaşdıracayıq. Kolumbiyada da bir çox yardıma zərurət var. Ölkədəki vətəndaş müharibəsi səbəbiylə hümanitar yardım gözləyən xeyli ailə var. Mövcud hesabatlara görə ölkədə 6 milyon adam hümanitar yardıma möhtacdır. Bu saya bir də Venesueladan Kolombiyaya sığınan qaçqınlar əlavə olunmalıdır. Bu iki ölkə də Türkiyənin fəlakət və qaçqın mövzusuna dair təcrübələrindən istifadə etmək istəyir. Bu səbədən hər iki ölkə ilə əməkdaşlığımız davam edəcək.

 



Әlaqәli Xәbәrlәr