Türkiyə ABŞ Nümayəndələr Palatasının qərarına reaksiya göstərdi

Xarici İşlər Nazirliyi sözçüsü Hami Aksoy ABŞ Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsində qəbul edilən “ABŞ-Türkiyə İttifaqına yönəldilmiş narahatlıqların ifadə edilməsi” qərarının tərəfdaşlıq əlaqələrilə üst-üstə düşmədiyini bildirdi.

1206699

Hami Aksoy ABŞ Nümayəndələr Palatası Xarici Ələqalər Komitəsində dünən qəbul edilən “ABŞ-Türkiyə İttifaqına yönəldilmiş narahatlıqların ifadə edilməsi” qərarı ilə bağlı yazılı açıqlama yaydı.

ABŞ-da Türkiyə əleyhinə olan dairələrin son dövrdə ABŞ Konqresi nəzdindəki fəaliyyətlərini artırdığını müşahidə etdiklərini bildirən Aksoy deyib:

“Nümayəndələr Palatası Xarici Ələqalər Komitəsində qəbul edilən “ABŞ-Türkiyə İttifaqına yönəldilmiş narahatlıqların ifadə edilməsi” başlıqlı qərar bunun yeni təzahürü olmuşdur. Türkiyə və ABŞ-ın ortaq dəyərlər və qarşılıqlı mənfəətlərə əsaslı köklü tərəfdaşlıq əlaqələri var. İki ölkə dünyanın bir çox bölgəsində sülh və əmin-amanlığa töhfə vermək məqsədilə birgə işləyir”.

Hami Aksoy  “Bu həqiqət və Türkiyənin milli təhlükəsizliyini təmin etmək üçün atdığı addımların arxasındakı haqlı səbəblər gözdən yayındırılaraq qəbul edilən belə qərarlar müttəfiqlik əlaqələrilə üst-üstə düşmür. Bu çərçivədə dostluğuna dəyər verdiyimiz ABŞ xalqının və nümayəndələrinin narahat olmalarına ehtiyac yoxdur. Əsasən dostluq və müttəfiqliyə görə təklif etdiyimiz iş qrupuna dəstək vərərək, təsisedici və səmimi cəhd ortaya qoyur” ifadələrini işlədib.

Әlaqәli Xәbәrlәr