Türkiyә heyәti ABŞ-da danışıqlar aparır

Bu barәdә Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

1205748
Türkiyә heyәti ABŞ-da danışıqlar aparır

 

Türkiyә xarici işlәr nazirinin müavini Yavuz Selim Kıranın rәhbәrlik etdiyi nümayәndә heyәti Türkiyә ilә ABŞ arasındakı ikitәrәfli münasibәtlәri müzakirә etmәk mәqsәdilә ABŞ-ın paytaxtı Vaşinqtonda çox sayda Konqres üzvü ilә bir araya gәlib.

Bu barәdә Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib. ABŞ Konqresindә ‘‘Türkiyә-Amerika münasibәtlәri’’ adı altında keçirilәn tәdbirә qatılmaq üçün Vaşinqtona sәfәr edәn Türkiyә heyәti  Şimali Karolina senatoru Tom Tillis, Florida tәmsilçisi Fransisk Rooney, Missisipi tәmsilçisi Trent Kelli vә Tennesi tәmsilçisi Tim Burçetlә ayrı-ayrılıqda görüş keçirib.

Diplomatik mәnbәlәrdәn әldә olunan mәlumata әsasәn,  görüşlәrdә ikitәrәfli münasibәtlәrlә yanaşı, Türkiyәnin Rusiyadan S-400 havadan müdafiә sistemi alması, Suriyada tәhlükәsiz bölgәnin yaradılması, terrorla mübarizәdә әmәkdaşlıq vә digәr regional mövzular müzakirә olunub.

Görüşlәrdә hәmçinin Fәtullahçı Terror Tәşkilatının  (FETÖ) başçısı Fәtullah Gülәnin akstradisiyası vә Türkiyәnin bu mövzu ilә bağlı gözlәntilәri gündәmә gәlib.

Qeyd edәk ki, Türkiyә heyәti Konqres üzvlәri ilә yanaşı, bir çox qeyri-hökumәt tәşkilatının nümayәndәsi  vә mәtbuat orqanlarının tәmsilçilәri ilә dә bir araya gәlәcәk.



Әlaqәli Xәbәrlәr