Ərdoğan: "Dünyanı bir ölkənin bir sözünə məhkum edən quruluş ədalətli ola bilməz"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünyanı bir ölkənin bir sözünə məhkum edən quruluşun ədalətli ola bilməyəcəyini söylədi.

1206216
Ərdoğan: "Dünyanı bir ölkənin bir sözünə məhkum edən quruluş ədalətli ola bilməz"

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpə Millət  Konqres və Mədəniyyət Mərkəzində təşkil edilən Hakim və Prokurorların Püşkatma Mərasimində iştirak etdi.

Ərdoğan mərasimdə çıxış edərək bunları söylədi: "Dünyanın beşdən böyük olmadığını iddia edən və dünyanı bir ölkənin bir sözünə məhkum edən bir təfəkkür, bir quruluş ədalətli quruluş ola bilməz. Bu anda Arakanda, Liviyada, Fələstində, Qüdsdə ədalət var? Ədalət payladığını söyləyənlər yalnız insanlığa nəsihət verib bəşəriyyəti aldadırlar. "Dünya beşdən böyükdür" sözümüz bir ədalət axtarışıdır. Birləşmiş Millətlər Təşkilatındakı 196 ölkənin içində BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan 15 ölkə vardır. Belə bir şey olmaz.  Ədalət yoxdur. Bölgəmizdəki qırğınlardan, qarşıdurmalardan qaçan milyonlarla insana qucaq açmağımızın arxasınd  ədalətə, insana olan hörmətimiz durur." 
 



Әlaqәli Xәbәrlәr