Hulusi Akar mәtbuat orqanlarının Ankaradakı tәmsilçilәri ilә görüşüb

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar  Türkiyәnin heç kimin torpağında gözünün olmadığını bildirib.

1206208
Hulusi Akar mәtbuat orqanlarının Ankaradakı tәmsilçilәri ilә görüşüb

 

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar  Türkiyәnin heç kimin torpağında gözünün olmadığını bildirib.

Hulusi Akar yazılı vә elektron KİV nümayәndәlәrinin Ankaradakı tәmsilçilәri ilә bir araya gәlib.

Mәtbuat nümayәndәlәrinә açıqlama verәn nazir Hulusi Akar terrorla mübarizә çәrçivәsindә mәhv edilәn terrorçu sayı ilә bağlı mәlumat verib.

Hulusi Akar bildirib ki,  İraqın şimalında separatçı terror tәşkilatı PKK-nın 3 min, Suriyada isә YPG/PKK-nın 13 min  üzvü öz mövcudluğunu davam etdirir.

‘‘İndiyәdәk ölkәmizin tәhlükәsizliyi üçün tәhdid tәşkil edәn 15 min 166 terrorçu zәrәrsizlәşdirilib’’,-deyә Türkiyәnin milli müdafiә naziri qeyd edib.

Ölkә xaricindә daha çox terrorçunun olduğunu deyәn  Hulusi Akar bildirib ki, ölkә daxilindәki terrorçuların Türkiyәni tәrk etdiklәrini müşahidә edirik. Biz İraq başda olmaqla qonşu ölkәlәrimizin әrazi bütövlüyünә böyük әhәmiyyәt veririk. Heç kimin torpağında gözümüz yoxdur.



Әlaqәli Xәbәrlәr