Abdullah Eren: “Türkiyə hər zaman Krım tatarlarının yanındadır”

Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədri Abdullah Ərən Türkiyənin hər zaman Krım tatarlarının mübarizəsində yanında olduğunu söylədi.

1206157
Abdullah Eren: “Türkiyə hər zaman Krım tatarlarının yanındadır”

Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədri Abdullah Ərən Türkiyənin hər zaman Krım tatarlarının mübarizəsində yanında olduğunu söylədi.  

Krım tatarlarının sürgün edilməsinin 75-ci ildönümü münasibətilə Ankarada YTB və Krım Türkləri və Yardımlaşma Dərnəyinin təşkilatçılığında keçirilən tədbirdə çıxış edən Eren Krım tatarlarının 1944-cü ildə yaşadığı sürgünün yaddaşlardan çıxmaması üçün cəhd göstərildiyini bildirdi.

Eren: “Son 200 ildə mədəniyyətimizə nəzər saldıqda xüsusilə Osmanlı dövlətinin dağılmasından sonra böyük acılar görürük. 19-cu əsrin axırı, 20-ci əsrin əvvəlində Balkanlarda, Qafyaz coğrafiyasında, Şimali Afrikada, Orta Şərqdə böyük fəlakətlər olub” deyə söylədi.

Abdullah Eren 20-ci əsrin də iztirablara şahidlik etdiyinə diqqət çəkərək dedi: “YTB olaraq gələcək üçün daha gözəl bir dünya buraxmaq məqsədilə mədəniyyət hövzələrinə yiyə durmaq üçün yaşadığımız ortaq problemləri, acıları, kədərləri xatırlatmağı bir vəzifə kimi görürük”.

Tədbirdə Ukraynadan Krımdan qonaqların və sürgünün canlı şahidlərini dinləmək imkanı əldə edildiyinin, keçmişdə acıların və sıxıntıların yaşandığının, sürgün günlərində nələrə şahidlik edildiyinin ortaya qoyulduğunu dilə gətirən Eren Stalin dövründə 1944-cü ildə yarım milyona yaxın insanın Sovet İttifaqı tərəfindən sürgünə tabe tutulduğunu bildirdi.

Eren sürgündə vəfat edənləri xatırlamaq və babaların nələr yaşadığını nəvələrinə göstərmək üçün tədbir keçirdiklərini söylədi.

Yaşanan acıların gələcək üçün dərs olmasına ümid etdiklərini vurğulayan Eren “Krım Tatar Türkü qardaşlarımızın mübarizəsi siyasi, mədəniyyət, sosyoloji, iqtisadi olaraq davam edir. Yaddaşları diri, canlığı saxlamaq üçün səy göstəririk. Türkiyə hər zaman olduğu kimi Krım tatarlarının mübarizəsində bu gün də yayındadır. Prezident Rəcəb Tayyib Ərdoğan da göstərilən fəaliyyətlərə dəstək kimi tədbirimizə göndərdiyi teleqramla bir daha ortaya qoydu” dedi.  



Әlaqәli Xәbәrlәr