"Türkiyə səhiyyə sahəsində nümunə olmaqdadır", F.Koca

Türkiyə Səhiyyə naziri Fahrettin Koca ölkənin səhiyyə sahəsində dünyada bir nümunə halına gəldiyini söylədi.

1205310
"Türkiyə səhiyyə sahəsində nümunə olmaqdadır", F.Koca

 Türkiyə səhiyyə naziri Fahrettin Koca ölkənin səhiyyə sahəsində nümunə halına gəldiyini söylədi.

  Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki mərkəzində mayın 20-də başlayan 72-ci Beynəlxalq Səhiyyə Asambleyasında iştirak etmək üçün İsveçrəyə gedən türkiyəli nazir Anadolu Agentliyinə (AA) müsahibəsində deyib:

  “Türkiyədə sağlıq xidmətlərinin əhatə dairəsi 100 faizə yaxındır. Artıq ölkəmiz sağlıq sistemində də günbəgün nümunə olmağa gedir.

  Son vaxtlar səhiyyə sisteminin mənfi təsirləndiyi və köçlərlə problem yaşandığı bir dövrdə Türkiyə Suriyadan gələn 4 milyona yaxın adama təqdim etdiyi sağlıq xidmətləriylə nümunə oldu. Bu mövzuda Cenevredəki görüşlərdə həmsöhbətlərimlə edilən və ediləcək işlər barədə danışdıq.

  Onu da qeyd edim ki, türk Nedret Emiroğlu Dünya Səhiyyə Təşkilatının Avropa bölgəsi üzrə direktor namizədidir. O, son 20 ildir gördüyü işlər və əldə etdiyi müvəffəqiyyətlərlə yaxşı tanınır.

  Xüsusilə səhiyyə sistemində gəldiyi nöqtədə Türkiyədən birinin təşkilatda direktor olması bizim üçün qürurvericidir."



Әlaqәli Xәbәrlәr