“Türkiyə hər zaman soydaşlarının yanındadır”, F.Oqtay

Prezidentin müavini Fuad Oktay Türkiyənin hər zaman soydaşlarının yanında olduğunu bildirdi.

1204747
“Türkiyə hər zaman soydaşlarının yanındadır”, F.Oqtay

Prezidentin müavini Fuad Oktay Türkiyənin hər zaman soydaşlarının yanında olduğunu bildirdi.

Ukrayna prezidenti Vladimir Zelenskinin andiçmə mərasimində iştirak etmək üçün Ukraynada səfərdə olan Oqtay Türkiyənin kiyev Səfirliyində Ukraynada yaşayan Qaqauz, Axıska Türkləri və Krım Tatarlarının nümayəndələrilə görüşüb.

Görüşdə nüməyəndə heyətləri Türkiyənin onlara verdiyi dəstəyə görə Oqtaya təşəkkür ediblər.

Fuad Oqtay da Türkiyənin hər zaman və hər şərtdə soydaşlarının yanında yer aldığına işarə edərək, dəstəklərinin davam edəcəyini bildirib.

Qeyd edək ki, Türkiyə prezidentinin müavini Fuad Oqtay Ukrayna prezidenti Vladimir Zelenskinin andiçmə mərasiminə qatıldı.

Dövlət başçısı Zelenski daha sonra Mariyinsky sarayında təbrikləri qəbul etdi. Zelenskini təbrik edən Fuad Oqtay prezident Rəcəb Tayyib Ərdoğanın təbriklərini ona çatdırdı.

Prezident müavini Oqtay Mariyinsky sarayından ayrılarkən ona sevgi göstərən ukraynalılara əl verdi, söhbət etdi.



Әlaqәli Xәbәrlәr