Fuad Oqtay Zelenskinin andiçmə mərasiminə qatıldı

Türkiyə prezidentinin müavini Fuad Oqtay Ukrayna prezidenti Vladimir Zelenskinin andiçmə mərasiminə qatıldı.

1204521
Fuad Oqtay Zelenskinin andiçmə mərasiminə qatıldı

Türkiyə prezidentinin müavini Fuad Oqtay Ukrayna prezidenti Vladimir Zelenskinin andiçmə mərasiminə qatıldı.

Aprel ayında keçirilən seçkilərdə 73,2 faiz səs toplayaraq prezident olan Zelenski üçün Ukrayna parlamentində andiçmə mərasimi təşkil edildi.

Vladimir Zelenski dövlət başçısının rəsmi hakimiyyət rəmzlərini aldı.

Dövlət başçısı Zelenski daha sonra Mariyinsky sarayında təbrikləri qəbul etdi. Zelenskini təbrik edən Fuad Oqtay prezident Rəcəb Tayyib Ərdoğanın təbriklərini ona çatdırdı.

Prezident müavini Oqtay Mariyinsky sarayından ayrılarkən ona sevgi göstərən ukraynalılara əl verdi, söhbət etdi.



Әlaqәli Xәbәrlәr