Terrorçular Türkiyə Silahlı Qüvvələrinə təslim oldular

Türkiyə Silahlı Qüvvələrinin Türkiyə və xaricində separatçı terror təşkilatı PKK-ya qarşı əməliyyatları davam edir.

1203816
Terrorçular Türkiyə Silahlı Qüvvələrinə təslim oldular

  Türkiyə Silahlı Qüvvələrinin Türkiyə və xaricində separatçı terror təşkilatı PKK-ya qarşı əməliyyatları davam edir.

  Şırnakda 2 terrorçu zərərsziləşdirilib və təhlükəsizlik qüvvələrinə təslim olub.

  Türkiyə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, daxili təhlükəsizlik əməliyyatları çərçivəsində Şırnak Mərkəz Güleşli kəndinin Neseb Dərəsi bölgəsində 2 terrorçu tərk-silah edilib.

  Şırnakın Silopi qəsəbəsində PKK-nın İraqın şimalındakı düşərgələrindən qaçan - biri qadın, biri kişi olan 2 terrorçu təhlükəsizlik qüvvəsinə təslim olub.

  Şimali İraqın Metina bölgəsində təşkil edilən hava hücumunda isə separatçı terror təşkilatı PKK-nın silah mövqeləri, sığınacaq və anbarları məhv edilib.

  Qeyd edək ki, mart ayından etibarən Habur sərhəd keçid məntəqəsində təhlükəsizlik qüvvələrinə 21-i qadın olmaqla bura qədər 52 terrorçu təslim olub.



Әlaqәli Xәbәrlәr