Çavuşoğlu: "Terror hücumları bizə təhlükənin böyüklüyünü xatırladır"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu son dövrdə dünya miqyasında törədilən terror hücumlarının təhlükənin böyüklüyünü xatırlatdığını söylədi.

1203545
Çavuşoğlu: "Terror hücumları bizə təhlükənin böyüklüyünü xatırladır"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu son dövrdə dünya miqyasında törədilən terror hücumlarının təhlükənin böyüklüyünü xatırlatdığını söylədi.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Finlandiyanın paytaxtı Helsinkidə keçirilən Avropa Şurası Nazirlər Komitəsinin 129-cu toplantısında heyət başçılarının iştirak etdiyi yığıncaqda çıxış etdi.

Avropa Şurasının baş katibi Törbern Yaqlandın (Thorbjorn Jagland) toplantı çərçivəsində hazırladığı hesabatdakı Avropada anti-diskriminasiya və bərabərlik siyasətinin gücləndirilməsi istiqamətindəki çağırışına qatıldığını ifadə edən Çavuşoğlu sözlərini belə davam etdirdi: "Demokratiyalarımız bu meyllər qarşısında risk altındadır. İbadət yerlərində edilən hücumların sayı artır. Yeni Zelandiya və Şri-Lankada törədilən terror hücumları, Amerika Birləşmiş Dövlətlərindəki məscidə hücum və Avropadakı buna bənzər hücumlar bizə təhlükənin böyüklüyünü xatırladır. Eyni zamanda, hesabatdakı sosial hüquqlara verilən əhəmiyyətə də dəyər veririk. Lakin ayrı-seçkiliyə qarşı uyğun qoruma proqramları mövcud olmasa, məsələn iş müraciətiniz, adınız, rənginiz və ya hicablı olmanız səbəbindən rədd edilirsə, sosial hüquqların heç bir mənası qalmır ".

Türkiyənin xarici işlər naziri qarşıdurmaların sülh yolu həll edilməsi və Avropa Şurasının üzv dövlətlərinin ərazi bütövlüyünə hörmət eşidilməsinin ortaq bir məsuliyyət olduğunu vurğuladı.
 



Әlaqәli Xәbәrlәr